65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Elgün Həmidov

Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olub. 1989-2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil alıb. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil alıb.

2010-2011-ci illərdə Azərbaycan Dövlət "Yuğ" Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə edib.  2012-ci il də "QHT-GYF" bədii qiraət yarışmasında birinci; 2014-cü ildə isə Azad Azərbaycan TV-dəki bədii qiraət müsabiqəsində ikinci yerlərə layiq görülüb.

 

Elgün Həmidov rejissor kimi "AEDO", "Estrada nömrələri", "İlk təkan" (Sabir Azəri), "Əli və Nino" (Qurban Səid), "Kimdir müqəssir?" (Əbdürrəhim bəy Haqverdiyev), "Qaranlıq" (Anar), "Qoca tarzən" (Ə.B.Haqverdiyev), "Ögey" (Orxan Fikrətoğlu) və həmçinin müəllifi olduğu və aktyor kimi iştirak etdiyi "Qara qutu" tamaşalarına quruluş verib.

2017-ci ildən ADO`da aktyor və rejissor kimi çalışır. "STOP" tamaşasında rol alıb.