Elmin Bədəlov

elmin 13
elmin 1
elmin 28
elmin 27
elmin 26
elmin 25
elmin 23
elmin 22
elmin 21
elmin 20
elmin 19
elmin 18
elmin 17
elmin 16
elmin 15
elmin 14
elmin 12
elmin 11
elmin 10
elmin 9
elmin 7
elmin 8
elmin 6
elmin 5
elmin 3
elmin 2
elmin 4

Bədəlov Elmin Mehman oğlu, 1989-cu il iyulun 15-i Biləsuvar rayonunun Bəydilli kəndində anadan olub. Ş.Qurbanov adına rayon məktəbini bitirib, 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının Neft-mexanika fakültəsinin Tribotexnika ixtisasına daxil olub. Jurnalist fəaliyyəti ilə əlaqədar təhsil aldığı ali məktəb haqda tənqidi yazılar yazdığına görə 2010-cu ilin yanvarında həmin ali məktəbdən xaric edilib. 2012-ci il noyabrın 20-də Elitar.Az saytını təsis edib. 2014-cü ilin may ayında saytın rəhbərliyi vəzifəsindən gedib.
Vaxtilə "Yeni Müsavat" qəzetində reportyor, pia.az, qaynar.info, publika.az və.b saytlarında, "Mədəniyyət", "Milli Yol", "Alma", "Gündəlik Teleqraf" qəzetlərində və bir neçə media orqanlarında çalışıb.
Elmin Bədəlov həm də aktyor və rejissordur. 2013-cü il iyulun 15-də ADO Theatre - Collective`i yaradıb.
17 iyul 2014-cü ildə Fraqment.Az Mədəniyyət Portalının təsisçi və baş redaktoru olub. 2016-cı ildə həmin saytın da rəhbərliyindən gedib.
2017-ci ildə jurnalistika fəaliyyətini dayandırıb. Hazırda ADO Theatre - Collective`in qurucusu olmaqla yanaşı aktyor və rejissor kimi çalışır.

STOP, Ağ-Qara, GOTT, Fırfıra tamaşalarının müəllif və rejissorudur. Bir neçə tamaşada rol alıb. "İkinci güllə" adlı filmdə (istehsal: NarimanFilm kinostudiya, rej: N.Rəsul) baş rolu ifa edib. Bir çox sosial video-roliklərdə çəkilib. Eyni zamanda müxtəlif qurumlarla mədəniyyət tədbirləri həyata keçirib.

65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva