Elsa Furtado

Elsa Furtado Fransanın cənubunda, Bordo şəhərində anadan olub. O, Moskva, Paris şəhərlərində aktyorluq sənəti və ədəbiyyat tərcüməçiliyi peşələrini öyrənib. Həmçinin Parisdə yerləşən Sorbonna Universitetinin Slavyan dilləri və Mədəniyyəti şöbəsində kitab nəşri işi üzrə təhsilalıb.

 

Fransa və Rusiyada mədəniyyət mübadiləsi sahəsində çalışıb. Bir ara Parisdə fəaliyyət göstərən teatr kollektivlərində aktrisa kimi işləyib. Həmçinin Rusiya teatr truppaları ilə birgə həyata keçirilmiş bir çoxlayihələrin müəllifidir. Bakı şəhərində 3 ildən artıq yaşayır.

 

Azərbaycanda Fransa İnstitutu və Fransa Səfirliyinin mədəniyyət layihələri və ictimaiyyətlə əlaqələr sahələrində çalışıb. Həmçinin o, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin hər il keçirdiyi “Avropa Şəhərciyi” festival tədbirlərinin təşkilatçısı olub. 2015-ci ildən ADO Teatrının üzvüdür.

 

Tamaşalar :   «MimOda» - ODA Teatr // 2015 // aktrisa

                      «STOP» - ADO Teatr // 2015 // aktrisa

                      “Ağ-Qara” – ADO Teatr // 2015 // aktrisa

                      “GOTT” – ADO Teatr // 2016 // aktrisa

                      “Yağış” – ADO Teatr // 2016 // rejissor

                      “Romeo və Culietta” – ADO Teatr; ADA Drama Club // 2017 // rejissor

65134526_456303914940729_835051606390079
elmin mehkeme teatr.jpg
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva