65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Fotolar

STOP

Tamaşanın ideya və rejissoru ADO`nun qurucusu Elmin Bədəlovdur. Rəssamı Leyla Quliyeva, Xoreoqrafı Rumiyə Ağayevadır. Fotolar müxtəlif məkanlarda, qastrollarda ifa olunarkən müxtəlif illərdə çəkilib:

GOTT

Tamaşanın ideya və rejissoru ADO`nun qurucusu Elmin Bədəlovdur. Rəssamı Leyla Quliyevadır. Fotoları nümayişin premyerasında fotoqraf İlkin Səlifov çəkib:

Ağ-Qara

Tamaşanın ideya və rejissoru ADO`nun qurucusu Elmin Bədəlovdur. Rəssamı Leyla Quliyeva, Xoreoqrafı Rumiyyə Ağayevadır. Fotolar ADO`da və müxtəlif məkanlarda nümayişlər zamanı çəkilib:

yağış, yağış, yağış

Tamaşanın rejissoru ADO`nun fransız aktrisası Elsa Furtado, aktyoru ADO`nun qurucusu Elmin Bədəlovdur. Fransız dramaturq Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsəri əsasında hazırlanıb. Fotoları İlkin Səlifov çəkib.

ADO`nun 6-cı məkanının açılışı

2 aprel 2017-ci il tarixində ADO Theatre - Collective`in 6-cı məkanının açılışı olub. Açılışda ADO`nun qurucusu Elmin Bədəlov çıxış edərək qarşıdakı işlər haqda məlumat verib. Açılış zamanı rəssam Lyubov Mircavadovanın sərgisi olub. Eyni zamanda ADO`nun qısa "Hamam" performansı nümayiş olunub. Performansın düzənləyicisi Elmin Bədəlov, nümayişçisi Elsa Furtadodur. Açılışda fransız musiqiçi Pier Troqmənlə azərbaycanlı xanəndə Qoçaq Əsgərovun birgə musiqi nömrələri olub. Açılışdan fotoları isə fotoqraf Ilkin Salifov çəkib:

ADO`nun Tbilisi qastrolu (2017)

Qeyd edək ki, teatr əməkdaşları 23 iyun Tbilisi küçələrində "Hamam" və "Qadın səsi" performanslarını nümayiş etdiriblər.
24 iyun "Loft" məkanda GOTT tamaşasını, 25 iyun "Fabrika" məkanında STOP tamaşası göstərilib:

Zombi Zona

ADO teatrının nəzdində fəaliyyətə başlayan aktyorluq kursları fəaliyyətini uğurla davam etdirir. A qrupunun yekunu olub, kurs üzvləri ilə Gümrah Ömərin quruluş verdiyi “Zombi zona” adlı tamaşa təqdim olunub və üzvlərə sertifikatların verilmə mərasimi baş tutub. Kursun rəhbəri Elmin Bədəlov, səhnə danışığı və plastika Amid Qasımov. Tamaşadan fotoları isə Ilkin Salifov çəkib. Tamaşanı “Les Gardiens Du Silince” qrupu canlı musiqiylə müşayiət edib.

#ADO5il Yubileydən FOTOLAR

15 iyul 2017-ci il tarixində ADO Theatre Collective (Azərbaycan Dağınıq Oda Teatrı) 5-ci ilinin açılışı ilə əlaqədar olaraq yubiley tədbiri keçirib. Tədbirdə "Dağınıq bir Oda", "Hamam", "Qadın səsi" və.b performanslar nümayiş olunub. ADO`nun qurucusu Elmin Bədəlovun "5 illik ADO yolu" çıxışı olub. Daha sonra ölkəmizi ilk dəfə "Eurovision" müsabiqəsində təmsil edən müğənni Elnur Hüseynov çıxış edib. “Les Gardiens Du Silince” qrupunun çıxışı, rəssam Samir Salahovun küçə performansı və DJ Toğrulun çıxışı olub. Tədbir Yarat Müasir İncəsənət Mərkəzinin zalında və həyətində keçirilib. Rejissor Leyli Qafarovanın ADO-dan hazırladığı sənədli filmin fraqmentləri və ADO`çuların çəkildiyi "Vibration" kilipi də tamaşaçılara təqdim olunub. Tədbirdən fotoları isə fotoqraf İlkin Səlifov çəkib.

"Göydən 3 banan düşdü" - Babək Həsənovun FOTOLAR`ında

15 və 16 avqust (2017) ADO yeni "Göydən 3 banan düşdü" adlı tamaşasının premyerasını edib. İnsanlar tərəfindən maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru və müəllifi ADO`nun qurucusu Elmin Bədəlov, rəssamı Leyla Quliyevadır. Tamaşada rolları aktyorlar Elgün Həmidov, Nurlan Süleymanlı, Aytən Əliyeva və Kamran Muradlı canlandırıb. Tamaşada Azərbaycan nağıllarının motivlərindən də istifadə olunub.

 

Qeyd edək ki, adıçəkilən tamaşadan fotoları fotoqraf Babək Həsənov çəkib.

TOY - fotolar

ADO teatrının yeni hazırladığı “TOY” adlı tamaşa, məşhur alman dramaturq Bertolt Brextin “Meşşan Toyu” pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Aytən Əliyeva, Zərif Bəkirova və Zaur Hacızadə canlandırıb.

 

“TOY” tamaşasının rəsmi dəstəkçisi: “Goethe Zentrum – Baku” (Goethe İnstitut)

 

Fotoların müəllifi: İlkin Səlifov

yağış, yağış, yağış - FOTOLAR 2

Tamaşanın rejissoru ADO`nun fransız aktrisası Elsa Furtado, aktyoru ADO`nun qurucusu Elmin Bədəlovdur. Fransız dramaturq Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsəri əsasında hazırlanıb. Fotoları İlkin Səlifov çəkib.

MimOda 18+

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı uzun zamandan sonra təkrar nümayiş etdirib. Yenidən tamaşaçı axını ilə üzləşən "MimOda" bu dəfə də maraqla qarşılanıb. Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur. Tamaşadan fotoları isə fotoqraf Babek Hasanov çəkib.

 

İdeyası ADO`ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayandırılmışdı. Tamaşa iki evsiz insanın sevgisindən bəhs edir. Onlar düşünürlər ki, sevginin dili yoxdur. Ancaq dil işə düşəndə hadisələr dəyişir...

 

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.

TOY fotolar 2

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) "TOY" adlı tamaşasını təkrar nümayiş etdirib. ADO teatrının yeni hazırladığı “TOY” adlı tamaşa, məşhur alman dramaturq Bertolt Brextin “Meşşan Toyu” pyesi əsasında hazırlanıb.

Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Günel İmanova, Zərif Bəkirova və Orxan İskəndərli canlandırıb.

 

“TOY” tamaşasının rəsmi dəstəkçisi: “Goethe Zentrum – Baku” (Goethe İnstitut)

 

Fotoların müəllifi: İlkin Səlifov

ADO in Tbilisi 2018 - FOTOLAR

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gürcüstana qastrol səfəri edib. Teatr iyunun 30-u Tbilisi şəhərində “Backstage” məkanında çıxış edib.

 

ADO teatrı səfər zamanı “Göydən 3 banan düşdü” adlı tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru və müəllifi ADO`nun qurucusu Elmin Bədəlovdur. Rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, İskra Tarrant, Sabir Vol Məmmədov və Kamran Muradlı canlandırıb. Tamaşa Tbilisidə yaşayan teatrsevərlər tərəfindən böyük diqqətlə qarşılanıb. Səfərdən fotoları isə fotoqraf İlkin Səlifov çəkib.

Kollektiv bir neçə dəfə Gürcüstana səfər edib. Eyni zamanda Fransa, İran, Tbilisi, Ukraina, Belarusiya, Türkiyə, İtaliyaya və ölkədaxili regionalara səfərlər edib.

"MimOda" - İlkin Səlifovun obyektivində

Yarat Müasir İncəsənət Mərkəzində ADO teatrının "MimOda 18+" tamaşası nümayiş olunub. Tamaşadan fotoları isə fotoqraf İlkin Səlifov çəkib.

Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur.

İdeyası ADO`ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub.

ADO 6-cı sezonunu açdı - FOTOLAR

Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO (Azərbaycan Dağınıq Oda teatrı) iyulun 15-də (2018) 5 yaşın tamamı, 6-cı mövsümün açılışını edib.

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO Theatre – Collective bu il 6-cı sezonunun açılışını açıq havada – “Luna Project”də #ADOsezon6 adı ilə edib.

Tədbirdə əyləncə, ADO performansları, teatrın qurucusu Elmin Bədəlovun "ADO yolu" çıxışı, rəssam Leyla Quliyevanın sərgisi, fransız dramaturqu Bernar Mari Koltesin "Meşələrin astanasındakı gecə" kitabının təqdimatı, Jam SS qrupunun break-dans şou təqdimatı, DJ Toğrulun çıxışı da olub. 6-cı sezonun açılışından fotoları isə fotoqraf İlkin Səlifov çəkib.

"Qırmızı Bazar" sərgisindən FOTOLAR

ADO teatrında gənc rəssamların işlərindən ibarət qrup sərgisi keçirilib. “Qırmızı Bazar” adlı sərgi sentyabrın 11-i saat 20:00`da (2018) baş tutub. Sərgidə rəssamlar Leyla Quliyeva, Nəzrin Xələfova, Şahin Quliyev, Nəzrin Məmmədova, Rza Rzazadə və Cavid Vəlizadənin işləri nümayiş olunub. Həmçinin sərgi zamanı ADO`nun “Xidmətçiləri” tamaşaçıları müşayiət edib. Cleaner`lar adlanan yeni proyekt Tbilisidən sonra Bakıda – “Qırmızı Bazar” sərgisində təqdim olunub.

#ADOinTbilisi (2019)

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gürcüstanın paytaxtı, Tbilisidə, "Azadlıq" metrosunun qarşısında çıxış edib.

 

Nümayiş 23 iyun, saat 16:00-da baş tutub. Teatr bu dəfə Gürcüstana yeni hazırladığı “Gic-Daban” (Crazy-Heel) tamaşası ilə gedib.

#ADOsezon7

Ölkəmizin ilk müstəqil, modern və alternativ teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2019-cu il iyulun 14-də, hər il olduğu kimi dövlət teatrlarının fasiləyə ayrıldığı bir zamanda 7-ci sezonunu açıq elan edib.

Tədbir Barrel`də baş tutub. 300-ə yaxın insanın qatıldığı sezon açılışında teatr nümayəndələri, musiqiçilər, diplomatlar və jurnalistlər iştirak edib.

Tədbirdə teatrın "Gic-Daban" adlı açıq hava tamaşası, Şahin Quliyevin karikaturalarından ibarət sərgi, E.L Club de Tango qrupunun rəqs nömrələri, Ahmedowsky Trio qrupunun canlı ifası və DJ Hazinin çıxışı olub.

Tədbirdən fotoları isə fotoqraf İlkin Salifov çəkib.

RING

RING tamaşasının premyerasından FOTOLAR. Tamaşa alman dramaturqu Falk Rixterin “Güvən” pyesi əsasında səhnələşdirilib.

Tamaşadan fotoları fotoqraf İlkin Səlifov çəkib.