65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Kamal Aken

Kamal Aken Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. Bir neçə ildir ki, ədəbi yaradıcılıq və jurnalistika ilə məşğul olur, bir çox media orqanlarında çap olunub, “Qaranlıqda Sən” romanının müəllifidir.

 

2014-cü ildə gənc yazıçıları bir araya yığmaq məqsədilə “Fırtına Yazarları”nı yaradıb və bu qurum 2015-ci ilin sonlarınadək fəaliyyət göstərib. 2015-ci ilin sonlarından ADO Teatrında aktyor kimi fəaliyyətə başlayıb, 2016-cı ildə “fraqment.az” platformasını yenidən fəaliyyətini bərpa edib və hazırda həmin portalda təsisçi və baş redaktor vəzifəsində çalışır.

 

“ELITAR Group” şirkətini qurduqdan sonra tərkibində “Elitar Musiqi Məktəbi” və “Elitar Film İnstitutunu” yaradıb. 2016-cı ilin sonlarında 451 Hərəkatını yaradıb və bu hərəkat adından 2017-ci ildə ADO-nun dəstəyi ilə ölkənin ən böyük kitab festivalını keçirib. Gənc yazıçılara dəstək olmaq üçün “farfalla451” online ədəbiyyat dərgisini yaradıb.

 

“Şizofreniya Palatası” adlı kitabın üzərində çalışır. Bakı Slavyan Universitetini yarımçıq qoyub və hazırda Azərbaycan Pedaqoji Universiteti Riyaziyyat fakültəsində təhsil alır.

 

Tamaşalar:          “Ağ - Qara” – ADO Teatr // 2016 // aktyor

                            “GOTT” – ADO Teatr // 2017 // aktyor