65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

“My name is Sarah” sərgisinin açılışı

May 10, 2017

 

ADO Theatre – Collective rəssam Vüsal Rahimin “My name is Sarah...” adlı yeni fərdi sərgisini təqdim edir. Sərginin açılışı 15 may saat 19:00-da baş tutacaq. Sərgi 3 gün davam edəcək. Sərginin bağlanış mərasimi isə 18 may saat 19:00-da olacaq.

“My name is Sarah…” rəssam tərəfindən danışılan bir insanın həyat hekayəsidir. “Sarah” şərti ad, ümumiləşdirilmiş obrazdır ki, onun vasitəsi ilə hər bir insan öz həyat hekayəsini danışa bilər. Yaradıcılığının ilk dövrlərindən başlayaraq “Qadın” mövzusu Vüsalın əsərlərinin əsas mövzularından biridir. Rəngkarlıq və qrafika əsərlərində araşdırılan qadının daxili mənəvi və psixoloji, o cümlədən, məişət problemləri daha sonra rəssamın instalyasiyalarında inkişafını tapır. Bu mövzu üzərində bir neçə il ərzində işləyərək rəssamın cari mövzuya olan bədii yanaşması forma baxımından kəskin surətdə dəyişilib.

Rəssam haqqında:
Vüsal Rəhim təsviri sənət üzrə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında almışdır. Əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilənir. 2013-də “Black woman” adlı fərdi sərgisi YAY Qalereyasında keçirilmişdi (Bakı, Azərbaycan).
İştirak etdiyi qrup sərgiləri:
2016 
“SƏN MƏNİ ANLAMIRSAN” adlı eksperimental performansı, / YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı. Bakı, Azərbaycan
"Naxçıvan-bəşəriyyətin beşiyi" lll Beynəlxalq Rəsm Festivalı. Naxçıvan, Azərbaycan
2015
Beynəlxalq Platonov ART FESTIVAL Voronezh / Rusiya 
Caitlin Aasen (St. Louis) və Vüsal Rəhim (Bakı) təqdim edir. DUET Qalereyası (ABŞ) St. Louis, ABŞ
2014 
BACARART Layihəsi. Bakı, Azərbaycan
MaviFon, YAY Qalereyası , Bakı, Azərbaycan
Səməni Beynəlxalq İncəsənət müsabiqəsi - Heydər Əliyev Mərkəzində / Bakı, Azərbaycan
2013 
Art fəaliyyət "The Circle of Peace" / Gürcüstan , Tbilisi
"Art Ganja" Festival /"YARAT" Müasir İncəsənət Məkanı/Gəncə, Azərbaycan
"Tullantıdan sənətə" adlı ll-ci Beynəlxalq sərgi. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Bakı, Azərbaycan
Home Sweet Home (Doğma ev) / Azərbaycan Mədəniyyət Mərkəzi / YARAT Müasir İncəsənət Mək anı, Paris, Fransa
2012
Parisdə Azərbaycan Mədəniyyət Evinin açılışı, Paris, Fransa
COMMONIST müasir incəsənət sərgisi, YARAT Müasir İncəsənət Məkanı, Bakı, Azərbaycan
Incəsənət enerjisi, Bakı, Azərbaycan
IV BeynəlxalqTürkmədəniyyəti, incəsənət və mədəniyyət miras simpoziumu / incəsənət sərgisi, Milan, İtaliya
2011 `
IZ` Azərbaycan Milli Tarixi Muzeyi, Bakı, Azərbaycan


Giriş sərbəstdir!
Ünvan: Mirzəağa Əliyev 245 // ADO
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt: 
ado.az

Share on Facebook
Share on Twitter
Please reload