“My name is Sarah” sərgisinin açılışı


ADO Theatre – Collective rəssam Vüsal Rahimin “My name is Sarah...” adlı yeni fərdi sərgisini təqdim edir. Sərginin açılışı 15 may saat 19:00-da baş tutacaq. Sərgi 3 gün davam edəcək. Sərginin bağlanış mərasimi isə 18 may saat 19:00-da olacaq. “My name is Sarah…” rəssam tərəfindən danışılan bir insanın həyat hekayəsidir. “Sarah” şərti ad, ümumiləşdirilmiş obrazdır ki, onun vasitəsi ilə hər bir insan öz həyat hekayəsini danışa bilər. Yaradıcılığının ilk dövrlərindən başlayaraq “Qadın” mövzusu Vüsalın əsərlərinin əsas mövzularından biridir. Rəngkarlıq və qrafika əsərlərində araşdırılan qadının daxili mənəvi və psixoloji, o cümlədən, məişət problemləri daha sonra rəssamın instalyasiyalarında inkişafını tapır. Bu mövzu üzərində bir neçə il ərzində işləyərək rəssamın cari mövzuya olan bədii yanaşması forma baxımından kəskin surətdə dəyişilib. Rəssam haqqında: Vüsal Rəhim təsviri sənət üzrə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında almışdır. Əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilənir. 2013-də “Black woman” adlı fərdi sərgisi YAY Qalereyasında keçirilmişdi (Bakı, Azərbaycan). İştirak etdiyi qrup sərgiləri: 2016 “SƏN MƏNİ ANLAMIRSAN” adlı eksperimental performansı, / YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı. Bakı, Azərbaycan "Naxçıvan-bəşəriyyətin beşiyi" lll Beynəlxalq Rəsm Festivalı. Naxçıvan, Azərbaycan 2015 Beynəlxalq Platonov ART FESTIVAL Voronezh / Rusiya Caitlin Aasen (St. Louis) və Vüsal Rəhim (Bakı) təqdim edir. DUET Qalereyası (ABŞ) St. Louis, ABŞ 2014 BACARART Layihəsi. Bakı, Azərbaycan MaviFon, YAY Qalereyası , Bakı, Azərbaycan Səməni Beynəlxalq İncəsənət müsabiqəsi - Heydər Əliyev Mərkəzində / Bakı, Azərbaycan 2013 Art fəaliyyət "The Circle of Peace" / Gürcüstan , Tbilisi "Art Ganja" Festival /"YARAT" Müasir İncəsənət Məkanı/Gəncə, Azərbaycan "Tullantıdan sənətə" adlı ll-ci Beynəlxalq sərgi. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Bakı, Azərbaycan Home Sweet Home (Doğma ev) / Azərbaycan Mədəniyyət Mərkəzi / YARAT Müasir İncəsənət Mək anı, Paris, Fransa 2012 Parisdə Azərbaycan Mədəniyyət Evinin açılışı, Paris, Fransa COMMONIST müasir incəsənət sərgisi, YARAT Müasir İncəsənət Məkanı, Bakı, Azərbaycan Incəsənət enerjisi, Bakı, Azərbaycan IV BeynəlxalqTürkmədəniyyəti, incəsənət və mədəniyyət miras simpoziumu / incəsənət sərgisi, Milan, İtaliya 2011 ` IZ` Azərbaycan Milli Tarixi Muzeyi, Bakı, Azərbaycan Giriş sərbəstdir! Ünvan: Mirzəağa Əliyev 245 // ADO Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ado.az


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva