65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Yağış, yağış, yağış - 12 may, 20:00

May 11, 2017

 

 

12 may saat 20:00-da ADO Theatre - Collective "yağış, yağış, yağış" adlı nümayişini göstərəcək. Nümayişin düzənləyicisi Elza Furtado, nümayişçisi Elmin Bədəlovdur.

Nümayiş Fransanın məşhur, modern, tabuları sındıran dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” pyesi əsasında hazırlanıb.

Belə ki, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və dəstəyi ilə “Meşələrin astanasındakı gecə” pyesi Azərbaycan dilinə ilk dəfə tərcümə olunub. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əsədovadır.

Dramaturq haqda: Bernar-Mari Koltes yazdığı pyeslərə görə bir zamanlar Fransanın özündə qəbul olunmur, onun əsərləri dramaturqlar arasında polemikalara səbəb olurdu. Əsərləri hər zaman cəmiyyətin tabularına qarşı olub. Lakin zaman keçdikdən sonra Koltes Fransada məşhurlaşır və onu modern yazıçı kimi qəbul edirlər.

Bilet: 5 AZN
Ünvan: Mirzəağa Əliyev 245 // ADO
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt: 
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

 

Share on Facebook
Share on Twitter
Please reload