65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

“Son zəng” – Zabil Müqabiloğlunun xatirəsinə

May 13, 2017

20 may saat 16:00-da ADO Theatre Collective-də mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. “Son zəng” adlı tədbir Zabil Müqabiloğlunun fəaliyyət və yaradıcılığına həsr olunub. Jurnalistin həyat və yaradıcılığından bəhs edən video-çarxın nümayişi olacaq. Eyni zamanda aktyorlar Z.Müqabiloğlunun şeirlərinin oxunuşunu edəcək. Tədbir çıxışlarla yekunlaşacaq.

Qeyd edək ki, Zabil Müqabiloğlu Nəcizadə 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlib. “525-ci qəzet”, “Tərcüman”, “Avropa”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Redaktor və baş redaktor vəzifələrini də icra edib. Bir neçə mükafata layiq görülüb. Eyni zamanda “gunxeber.com” saytını təsis edib, saytın baş redaktoru olub. Jurnalistika fəaliyyəti ilə yanaşı yazdığı şeirlərlə də yadda qalıb.

Bir neçə ay bundan öncə, Zabil Müqabiloğlu mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi. 26 fevral 2017-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Ailəli idi, bir oğlu var.

Share on Facebook
Share on Twitter
Please reload