Aktyorluq kursu: B qrupuna müraciət başladı!


ADO teatrının nəzdində fəaliyyətə başlayan aktyorluq kursları fəaliyyətini uğurla davam etdirir. Ötən gün artıq A qrupunun yekunu olub, kurs üzvləri ilə Gümrah Ömərin quruluş verdiyi “Zombi zona” adlı tamaşa təqdim olunub və üzvlərə sertifikatların verilmə mərasimi baş tutub. Bu gündən etibarən isə B qrupuna müraciətlər açıq elan olunur. Bu dəfə isə ADO teatrı aktyorluq kursunu Elitar Film İnstitutu ilə birgə təşkil edəcək. Müraciətlər daxil olduqdan sonra üzvlərin seçim mərhələsi olacaq. Hər kəs bu kursda iştirak etmək üçün öz müraciətini edə bilər. Müraciətlər iyulun 30-na kimi davam edəcək. 30 iyul saat 17:00-dan 20:00-a kimi seçim turu olacaq. Seçim turundan keçən tələbələrlə dərslərə start veriləcək. Kursun sonunda isə eyni qaydayla tamaşanın hazırlanması və təqdimat tədbiri keçiriləcək. ADO 5-ci il yubileyi ilə əlaqədar aktyorluq kurslarını açıq elan edib. Bu məqsədlə ilk A qrupunun dərsləri ödənişsiz olub. Lakin B və C qruplarının dərsləri ödənişli olacaq. Dərslər həftədə 3 dəfə aparılacaq və 3 peşəkar müəllim heyəti ilə. Müəllimlər səhnə danışığı, plastika, müasir incəsənət və.s dərsləri keçəcəklər. Hər tələbənin bir aylıq ödənişi isə 50 manatdır. Qeydiyyat üçün: E-mail: adotheatre@gmail.com (CV yollamaq üçün) Ətraflı məlumat üçün: (+994 70) 219 83 33 (+994 12) 594 83 85 (+994 70) 621 90 91


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva