ADO sosial mediada:

STOP - Yardım kampaniyasında: (13 iyul, 20:00)


İctimaiyyətdə kitab fəallığını hər zaman saxlayan, kitaba marağı artıran insanlardan biri də hər kəsin tanıdığı Qurban Məmmədlidir. Çoxlarına məlumdur ki, Qurban Məmmədlinin anası xərçəng xəstəliyindən əziyyət çəkir. Onun anasının müalicəsi üçün bir neçə yardım kampaniyaları olub. Bu yardım kampaniyalarına ADO teatrı da qoşulub. Bu məqsədlə ADO 13 iyul saat 20:00`da STOP adlı tamaşasını nümayiş etdirəcək. Satılan bilet və eyni zamanda tamaşa günü olacaq kitabların satışı kampaniyaya yönələcək. Qeyd edək ki, tamaşanın müəllifi və rejissoru ADO`nun qurucusu Elmin Bədəlovdur. Rəssam: Leyla Quliyeva Xoreoqraf: Rumiyyə Ağayeva Aktyorlar: Elgün Həmidov, Aytən Əliyeva, İskra Tarrant, Elsa Furtado, Orxan İsgəndərli Ünvan: Mirzəağa Əliyev 245 // ADO Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ado.az Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre