65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

“Göydən 3 banan düşdü” - 10 sentyabr, 20:00

September 7, 2017

 

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) yeni tamaşasını nümayiş etdirəcək. Nümayiş 10 sentyabr saat 20:00-da baş tutacaq.

“Göydən 3 banan düşdü” adlı tamaşanın quruluşçu rejissoru və müəllifi ADO`nun qurucusu Elmin Bədəlovdur. Tamaşanın rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, Nurlan Süleymanlı, Aytən Əliyeva və Kamran Muradlı canlandıracaq.

Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub.

Qeyd edək ki, ADO 5 ildir ki, fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.

Bilet: 5 AZN
Ünvan: Mirzəağa Əliyev 245 // ADO
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt: 
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

Share on Facebook
Share on Twitter
Please reload