65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Yaradıcılara azadlıq veriləndə incəsənət inkişaf edəcək

October 18, 2017

 

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) son günlər aktyorların sıxışdırılması haqda bəyanat yayıb və aktyor Ayşad Məmmədovun işdən uzaqlaşdırılmasını pisləyib.

 

Teatr bəyanatında bildirir ki, belə hallar inkişafdan qalmış incəsənətimizə daha da mənfi təsirini göstərəcək: “İllərlədir ki, ölkədə incəsənətin inkişaf etməməsindən danışılır. Bunun çox sadə bir yolu var – incəsənətə, yaradıcılara azadlıq vermək. Bu, maddi dəstəkdən də üstündür. Yaradıcılara azadlıq veriləndə incəsənət inkişaf etməyə başlayacaq. Əksinə aktyorları psixoloji basqı altında saxlamaq, onları işlərindən uzaqlaşdırmaq narahatlıq doğurur və hesab edirik ki, belə hallar gələcəkdə teatr sahəsində daha da sönüklük yaradacaq. Xüsusən də son illər ölkənin ana teatrı olan Akademik Milli Dram Teatrında aktyorlara qarşı edilən təzyiqlər, onların teatrdan uzaqlaşdırılması incəsənətə hörmətsizlik, teatr tarixində isə bir ləkədir. Artıq Akademik Teatrda belə hallar tez-tez baş verməkdədir və bu ciddi narahatlıq yaradır”.

 

Bəyanatda mədəniyyət naziri Əbülfəs Qarayevin də çıxışının təhlükəli olduğu vurğulanır: “Bu tip çıxışlar digər aktyorlara, yaradıcı insanlara mənfi təsir göstərə, onların yaradıcılığında geriləməyə apara bilər”.

 

Qeyd edək ki, aktyorlar Ayşad Məmmədov, Abas Qəhrəmanov, İlqar Cahangirin mitinqə qatıldığına görə təzyiqə məruz qaldıqları bildirilir. Hətta Ayşad Məmmədov bu gün Akademik Teatrdakı işindən uzaqlaşdırılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 17-də jurnalistlərə açıqlamasında aktyorların mitinqə qatılması haqda danışmışdı: “Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.

Share on Facebook
Share on Twitter
Please reload