ADO sosial mediada:

ADO teatrı “Meşşan toyu”nu hazırlayır


Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) daha bir yeni tamaşanın hazırlıq işlərinə başlayıb. Belə ki, teatr bu dəfə alman dramaturqa müraciət edib.

Bertolt Brextin "Meşşan toyu" pyesi əsasında hazırlanan tamaşanın rejissoru Elsa Furtadodur. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Tamaşanın rəssamı isə Leyla Quliyevadır.

Rolları aktyorlar İskra Tarrant, Elgün Həmidov, Aytən Əliyeva, Elmin Bədəlov, Zaur Hacızadə, Zərif Bəkirova, Kamal Aken, Ceyhun Zabitli ifa edəcək.

Tamaşanın premyerası dekabr ayının əvvəlinə planlaşdırılır.

Qeyd edək ki, ADO 5 ildir fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.