65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO Lənkərana qastrola gedir

November 3, 2017

 

 

Azərbaycanın ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Lənkəran şəhərinə qastrol səfəri edəcək. Teatr xarici səfərlərlə yanaşı ölkə daxilində də səfərlər edir. Belə ki, noyabrın 5-i növbəti qastrol Lənkərana planlaşdırılır.

 

Teatr 5 noyabr saat 12:00`da Lənkəran Gənclər Mərkəzində "Yer və İnsan", "Qadın səsi" performanslarını nümayiş etdirəcək. Eyni zamanda tamaşaçılarla ADO kollektivinin müzakirəsi də təşkil olunacaq. Tədbirə giriş pulsuzdur.

 

Qeyd edək ki, ADO 5 ildir fəaliyyət göstərir, klassik ənənələrdən uzaq, çağdaş, modern incəsənət məkanı kimi qəbul olunub. ADO mütəmadi olaraq ölkə xaricində və daxilində səfərlər edir. Bundan əvvəl Biləsuvar və Şəki qastrolları da həyata keçirilib.

Share on Facebook
Share on Twitter
Please reload