65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO`nun müraciətinə gülməli cavablar

November 4, 2017

 

Ötən gün ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) küçə performansları nümayiş etdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Müraciətə gələn cavablar isə teatr kollektivini heyrətləndirib.

 

Bu barədə teatrın qurucusu Elmin Bədəlov deyib: “Nazir Əbülfəs Qarayevin və mer Hacıbala Abutalıbovun adına göndərdiyimiz rəsmi müraciətlərə artıq cavab gəlib. Mədəniyyət və Turizm Nazirliyi qeyd edib ki, küçədə tamaşalar göstərmək üçün birbaşa meriyaya müraciət etmək lazımdır. Bakı Şəhər İcra Hakimiyyəti isə qeyd edir ki, bu məsələylə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək lazımdır. Biz də növbəti həftə meriyanın rəsmi cavabını nazirliyə, nazirliyin cavabını da meriyaya göndərəcəyik”.

 

Qeyd edək ki, 5 ildir fəaliyyət göstərən ADO bir neçə dəfə açıq hava tamaşaları nümayiş etdirib. Lakin bu nümayişlər tədbirlər və festivallar çərçivəsində olub. Eyni zamanda teatrın Gürcüstan, Fransa və İranda küçə festivallarında tamaşaları olub.Teatr mütəmadi olaraq küçə performansı göstərmək, insanların teatra marağını artırmaq istəyir.

Share on Facebook
Share on Twitter
Please reload