65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO`da sonuncu ödənişsiz aktyorluq kursu

November 12, 2017

 

ADO teatrının ödənişsiz aktyorluq kursları fəaliyyətini uğurla davam etdirir. Ötən aylarda 2 qrup fəaliyyətə başlamış və yekunlaşmışdır.

Bu gündən etibarən isə növbəti və sonuncu qrupa müraciətlər açıq elan olunur. Hər kəs bu kursda iştirak edə və seçim turuna qatıla bilər.

19 noyabr saat 17:00-dan 19:00-a kimi seçim turu olacaq. Seçim turundan keçən tələbələrlə dərslərə start veriləcək. Kursun sonunda isə eyni qaydayla tamaşanın hazırlanması və təqdimat tədbiri keçiriləcək. Üzvlərə kursu bitirdikləri üçün sertifikat da veriləcək.

ADO 5-ci il yubileyi ilə əlaqədar ödənişsiz aktyorluq kurslarını açıq elan edib. Bu məqsədlə 2 qrupun hazırlığı olub və yekun olaraq 3-cü qrupun da qəbulu başlayıb. Dərslər həftədə 3 dəfə aparılacaq və 3 peşəkar müəllim heyəti ilə. Müəllimlər səhnə danışığı, plastika, müasir incəsənət və.s dərsləri keçəcəklər.

QEYD: Seçim turu 19 noyabr saat 17:00-dan 19:00-a kimi ADO teatrının binasında olacaq. Kursa qatılmaq üçün göstərilən tarixdə teatra gəlməyiniz vacibdir.

Ünvan: Mirzəağa Əliyev 245
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt: ADO.AZ
Rəsmi səhifələr: fb.com/adotheatre
instagram.com/adotheatre
T:.
(+994 50) 394 48 64
(+994 70) 219 83 33
(+994 12) 594 83 85

Share on Facebook
Share on Twitter
Please reload