ADO sosial mediada:

ADO`da sonuncu ödənişsiz aktyorluq kursu


ADO teatrının ödənişsiz aktyorluq kursları fəaliyyətini uğurla davam etdirir. Ötən aylarda 2 qrup fəaliyyətə başlamış və yekunlaşmışdır. Bu gündən etibarən isə növbəti və sonuncu qrupa müraciətlər açıq elan olunur. Hər kəs bu kursda iştirak edə və seçim turuna qatıla bilər. 19 noyabr saat 17:00-dan 19:00-a kimi seçim turu olacaq. Seçim turundan keçən tələbələrlə dərslərə start veriləcək. Kursun sonunda isə eyni qaydayla tamaşanın hazırlanması və təqdimat tədbiri keçiriləcək. Üzvlərə kursu bitirdikləri üçün sertifikat da veriləcək. ADO 5-ci il yubileyi ilə əlaqədar ödənişsiz aktyorluq kurslarını açıq elan edib. Bu məqsədlə 2 qrupun hazırlığı olub və yekun olaraq 3-cü qrupun da qəbulu başlayıb. Dərslər həftədə 3 dəfə aparılacaq və 3 peşəkar müəllim heyəti ilə. Müəllimlər səhnə danışığı, plastika, müasir incəsənət və.s dərsləri keçəcəklər. QEYD: Seçim turu 19 noyabr saat 17:00-dan 19:00-a kimi ADO teatrının binasında olacaq. Kursa qatılmaq üçün göstərilən tarixdə teatra gəlməyiniz vacibdir. Ünvan: Mirzəağa Əliyev 245 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ADO.AZ Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre T:. (+994 50) 394 48 64 (+994 70) 219 83 33 (+994 12) 594 83 85