ADO sosial mediada:

ADO Lənkərana getmək üçün PA`ya müraciət edəcək


Ötən gün Lənkəran Şəhər İcra Hakimiyyəti ADO teatrına rəsmi məktub göndərib. İcra başçısının müavini Rasilə Əliyeva məktubda qeyd edir ki, Lənkəranda tədbir keçirmək üçün ADO Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına rəsmi müraciət etməlidir: “Bundan sonra tədbirin keçirilməsinə qanuna müvafiq baxılacaqdır. Xahiş edirik nəzərə alasınız”.

ADO teatrı isə Lənkəranda performanslarını nümayiş etdirmək üçün şəhərin icra hakimiyyəti orqanının rəsmi məktubunu əsas tutaraq 20 noyabr 2017-ci il tarixində Prezident Administrasiyasına müraciət edəcək.

Qeyd edək ki, ADO noyabr ayının 5-də Lənkəran şəhərində qastrol səfərində olmalı idi. Lənkəran Gənclər Mərkəzi tədbirin keçirilməsi üçün teatra icazə vermişdi. Razılığın olmasına baxmayaraq Lənkəran Şəhər İcra Hakimiyyəti noyabrın 4-ündə teatrın səfərinə icazə vermədiyini bildirmişdi.