65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

"C" qrupuna qəbul olunanların adları açıqlandı!

November 21, 2017

 

Ötən gün ADO`nun ödənişsiz aktyorluq kursunun "C" qrupuna (sonuncu) qeydiyyat və qəbul müsabiqəsi olub. Müsabiqəyə 27 iştirakçı qatılıb. Onlardan 16 nəfəri müsabiqədən keçib və "C" qrupuna qəbul olunub. Üzvlərin seçim turunda isə aktyorlar Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov və Elmin Bədəlov iştirak ediblər. Dərslərin vaxtı və gedişat haqda seçilmiş üzvlərə ətraflı məlumat veriləcək. Müsabiqədən keçməyən şəxslər isə ADO`nun nəzdində fəaliyyət göstərən digər kurslar (ödənişli əsaslarla) üçün müraciət edə bilərlər. Seçilən üzvlərin siyahısını təqdim edirik:

 

1. Aysel Hüseynova

2. Ayxan İsrafilov

3. Çimnaz Əliyeva

4. Nigar Nəsirli

5. Leyla İmanova

6. Həmidə Əkbərova

7. İnci Yusifova

8. Fidan Əliyeva

9. Sirac Məmmədov

10. Səbinə Əbubəkirova

11. Röya Məmmədova

12. Turan Mirzəyev

13. İdris Rüstəmov

14. Gültəkin Amerina

15. Aqşin İmanov

16. Gülnarə İsmayılova

 

Qeyd edək ki, ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 5-ci ilini (yubiley ili) keçirir. Bu münasibətlə ADO 3 qrup ödənişsiz aktyorluq kursu elan etmişdir. 2 qrupun dərsləri artıq başa çatıb. Və yekun kursun qəbulu keçirilib. Lakin bununla bərabər ADO`nun nəzdində böyüklər və uşaqlar üçün ödənişli əsaslarla aktyorluq kursları da fəaliyyət göstərir. Həmin kurslara hər kəs müraciət edə bilər.

 

Ünvan: Mirzəağa Əliyev 245//ADO

E-mail: adotheatre@gmail.com

Rəsmi sayt: ADO.AZ

Rəsmi səhifələr: fb.com/adotheatre

instagram.com/adotheatre

T:.

(+994 50) 394 48 64

(+994 70) 219 83 33

(+994 12) 594 83 85

Share on Facebook
Share on Twitter
Please reload