65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO 16 dekabra küçə performansı qərarı verdi

November 23, 2017

 

ADO merə və nazirə yenidən müraciət edib

 

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 16 dekabr saat 16:00-da küçə performansı göstərmək üçün qərar verib. Teatr bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə yenidən müraciət edib.

 

Müraciətdə bildirilir ki, ADO "Qış Parkı" adlanan ərazidə "Qadın Səsi" adlı performansını nümayiş etdirmək istəyir: "16 dekabr saat 15:45`dən 16:45`ə kimi adıçəkilən ərazidə performans göstərmək üçün bizə şərait yaratmağınızı, eyni zamanda teatr əməkdaşlarının və tamaşaçılarımızın təhlükəsizliyinin təmin olunması ilə bağlı addımlar atmağınızı xahiş edirik".

 

Qeyd edək ki, bir neçə gün bundan öncə ADO merə və nazirə rəsmi müraciət etmişdi. Mədəniyyət və Turizm Nazirliyi cavabında bildirmişdi ki, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək məqsədəuyğundur. Meriya isə cavabında bildirmişdi ki, adıçəkilən məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək məqsədəuyğundur.

Share on Facebook
Share on Twitter
Please reload