65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Yağış, Yağış, Yağış - 2 dekabr, 20:00

November 29, 2017

 

2 dekabr, saat 20:00-da ADO Theatre - Collective "yağış, yağış, yağış" adlı tamaşasını göstərəcək. Tamaşanın rejissoru Elza Furtado, aktyoru Elmin Bədəlovdur.

Nümayiş Fransanın məşhur, modern, tabuları sındıran dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” pyesi əsasında hazırlanıb.

Belə ki, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və maliyyə dəstəyi ilə “Meşələrin astanasındakı gecə” pyesi Azərbaycan dilinə ilk dəfə tərcümə olunub. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əsədovadır.

Qeyd edək ki, ADO (Azərbaycan Dağınıq Oda teatrı) 5 ildir ki, fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.

Bilet: 5 AZN
Ünvan: Mirzəağa Əliyev 245 // ADO

(Video-Xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo)
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt: 
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

Share on Facebook
Share on Twitter
Please reload