65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

BŞMTBİ meriyanın ADO ilə bağlı müraciətinə cavab verdi

December 14, 2017

 

Bakı Şəhər İcra Hakimiyyətinin ADO teatrının küçə performansları ilə bağlı, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə (BŞMTBİ) ünvanladığı müraciət cavablandırılıb. BŞMTB`nin meriyaya cavabında deyilir: “Məktubda sözügedən məsələ idarənin səlahiyyətləri xaricindədir”.

 

Məlum məktubun surəti eyni qaydayla ADO`nun ünvanına da göndərilib.

 

Qeyd edək ki, ADO`nun meriyaya küçədə performans göstərməklə bağlı ikinci müraciəti olmuşdu. Meriya məktubunda qeyd etmişdi ki, müraciət aidiyyəti üzrə BŞMTBİ`yə göndərilir.

 

Bundan da öncə, ADO teatrı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə küçə performansları göstərmək üçün birinci müraciətini etmişdi. Meriya cavabında bu işə nazirliyin baxdığını, nazirlik isə bu məsələyə meriyanın cavabdeh olduğunu bildirmişdi.

 

Həmçinin ADO cavabları yenidən geri qaytararaq, bu gün 3-cü müraciətini edib. Teatr 16 dekabr saat 16:00-da “Qış Parkı” adlanan ərazidə “Qadın səsi” adlı küçə performansını göstərməkdə israrlıdır.

Share on Facebook
Share on Twitter
Please reload