65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO küçə performansının vaxtını dəyişdi

December 15, 2017

 

ADO teatrı küçə performansları göstərməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin məktubunu əsas tutaraq ikinci dəfə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdi. Nazirlik 23 noyabr 2017-ci il tarixli müraciətə cavabında qeyd edib: “Bildiririk ki, Bakı şəhərində yerləşən küçə və parklar Mədəniyyət və Turizm Nazirliyinə tabe ərazilər olmadığı üçün həmin ərazilərdə hər hansı bir kütləvi tədbirin keçirilməsi və ya təşkili ilə bağlı icazə məsələləri Nazirliyin səlahiyyəti çərçivəsinə aid deyil. Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, məktubda qaldırılan məsələ ilə bağlı birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyinizi məqsədəuyğun hesab edirik”.

 

Qeyd olunan məktub nazirliyin incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov tərəfindən imzalanıb.

 

ADO küçə performansı nümayiş etdirməklə bağlı artıq iki aydır ki, müxtəlif qurumlara müraciət etsə də bu məsələni müraciət etdiyimiz bütün qurumlar öz üzərindən atır. “Bu işə biz baxmırıq” tipli cavab məktublarının isə sayı çoxdur. Məhz bu səbəbdən 16 dekabrda olacaq küçə performansımızı təxirə salaraq, nümayişin müddətini 1 ay uzadaraq 16 yanvara təyin etmişik. Çünki ADO daha çox insanı müasir incəsənətlə tanış etməkdə israrlıdır. Biz 16 yanvarda göstərəcəyimiz küçə performansı ilə əlaqədar müraciətlərimizi davam etdirəcəyik. Eyni zamanda bir çox incəsənət qurumlarının, səfirliklərin, mədəniyyətlə məşğul olan təşkilatların 16 yanvarda olacaq çıxışımıza dəstək olmasına çalışacağıq.

 

Qeyd edək ki, ADO teatrı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə küçə performansları göstərmək üçün birinci müraciətini etmişdi. Meriya cavabında bu işə nazirliyin baxdığını, nazirlik isə bu məsələyə meriyanın cavabdeh olduğunu bildirmişdi. Daha sonra ADO ikinci dəfə meriyaya müraciət etmişdi. Meriya məktubunda qeyd etmişdi ki, müraciət aidiyyəti üzrə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə (BŞMTBİ) göndərilir. BŞMTBİ də bu məsələyə cavabdeh olmadığını bildirmişdi.

Share on Facebook
Share on Twitter
Please reload