ADO sosial mediada:

Göydən 3 banan düşdü - 14 yanvar


Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 14 yanvar, saat 20:00`da “Göydən 3 banan düşdü” adlı tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru və müəllifi ADO`nun qurucusu Elmin Bədəlovdur. Rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, Aytən Əliyeva, Nurlan Süleymanlı və Kamran Muradlı canlandıracaq.

Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub.

Qeyd edək ki, ADO 5 ildir ki, fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş, modern teatr kimi qəbul olunub.

Bilet: 5 AZN Ünvan: Mirzəağa Əliyev 245 // ADO Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ado.az Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo