65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO Lənkəran və Lerikdə qastrolda olub – FOTOLAR

January 12, 2018

 

 

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Lənkəran və Lerikə qastrol səfəri edib. Qastrol zamanı teatrın “Kərpic” və “Yer və İnsan” performansları nümayiş olunub.

 

Məlum olduğu kimi bir müddət bundan öncə Lənkəran Gənclər Mərkəzi ADO`ya tamaşa göstərmək üçün yer vermişdi. Lakin Lənkəran Şəhər İcra Hakimiyyəti ADO`nun bu qastrol səfərinə qadağa qoymuşdu. Buna baxmayaraq ADO kollektivi bir müddət sonra, yanvarın 9-da Cənuba yola düşdü. Yolda olarkən məlum oldu ki, Lerik İcra Hakimiyyəti də Veri kənd orta məktəbdəki çıxışa qadağa qoyub. Lakin Lənkəran və Lerik insanları öz evlərinin qapılarını ADO üçün açdı və biz hər iki yerdə, insanların evində performanslarımızı nümayiş etdirdik.

 

Eyni zamanda Lerik rayon Veri kəndində balacalar üçün “şar şou” təşkil etdik və performansların nümayişindən sonra insanlarla əyləncə təşkil edib, onlarla birgə rəqs etdik. Teatr kollektivi səfər zamanı Lənkəran və Lerik insanlarının teatrı yüksək qarşılamasından məmnun olub.

 

Qeyd edək ki, ADO xaricdə bir neçə festival və qastrol səfərlərində olub. Eyni zamanda ölkə daxilində bir neçə bölgəyə qastrol səfəri edib. ADO qarşıdakı aylarda digər rayonlara da səfər edəcək.

Share on Facebook
Share on Twitter
Please reload