Teatr rəhbəri nazirə müraciət etdi: “Xahiş, təvəqqe, rica və.s edirik”


ADO teatrının qurucusu Elmin Bədəlov yanvarın 29-da Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə bir daha rəsmi müraciət edib. Budəfəki müraciətdə də teatrın küçə performansları nümayiş etdirilməsi məsələsinə toxunulub: “Müstəqil ADO teatrına nazirlik tərəfindən olan bu laqeyd münasibət, ölkəmizin, eyni zamanda nazirliyin imicinə başucalığı gətirən hal deyil. ADO ölkədə mədəniyyətin inkişaf etməsində israrlı olduğu bir halda, ölkənin Mədəniyyət və Turizm Nazirliyi bizim teatra dəstək olmamaqla, məktublarımıza laqeyd münasibətlərlə, ayrı-seçkilik nümayiş etdirmiş olur. Biz dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişik. BŞİH isə israrla bildirir ki, bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi rəy verməlidir”.

Məktubda müraciətə 10 gün ərzində cavab verilməsi istənilir: “Xahiş, təvəqqe, rica və.s edirik ki, 10 gün ərzində bu məsələ ilə bağlı BŞİH-ə məktub göndərəsiniz. Lütfən məktubumuzu kənara tullamayın, yaxud qeyd olunmuş vaxtdan sonra cavablandırmayın və yaxud həmişəki kimi “bu məsələ bizim səlahiyyətimizdə deyil” formalı cavablar verməyin. Biz bu münasibəti başa düşməkdə çətinlik çəkirik. Sizin bizə qarşı laqeyid münasibətinizi anlaya bilmirik. Sizin bizdən nə istədiyinizi başa düşə bilmirik. Başa düşə bilmirik ki, “Mədəniyyət və Turizm Nazirliyi” adı daşıyan qurum, mədəniyyət üçün atılan bir addıma niyə belə münasibət sərgiləyir. Biz bunun üçün nə etməliyik? Əgər bir teatrın insanlarda mədəniyyətə diqqət atırmaq məqsədilə küçə tamaşasına dəstək olmaq üçün sizin otağınıza gəlib üzr istəməyimizi, baş əyməyimizi istəyirsinizsə, bu problem deyil. Mən teatrın küçə performansı göstərməyi üçün sizdən üzr istəyər, kabinetinizə gəlib 222 dəfə qarşınızda baş əyərəm. Təki siz ölkə mədəniyyətimizdə inkişafların qarşısını almayasınız”.

Qeyd edək ki, ADO 25 fevral saat 16:00-da “Qış Parkı” adlanan ərazidə “Kərpic” adlı performansını nümayiş etdirmək istəyir. Lakin nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin cavabdeh olduğunu bildirir.


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva