65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Arzular // Performanslar – 12 fevral, 20:00`da

February 9, 2018

 

“Arzular” // Performanslar – 12 fevral, 20:00`da

12 fevral saat 20:00-da Azərbaycan Dağınıq Oda teatrı (ADO) ilə Paris teatrının birgə layihəsi olan “Dimitar Uzunovun ustad dərsləri”nin yekununa həsr olunmuş tədbir keçiriləcək. Saat 19:00-da isə Dimitar Uzunovun jurnalistlərlə görüş tədbiri olacaq.

Məşhur aktyor və rejissor, “Famli Munde” teatrının təsisçi və bədii rəhbəri Dimitar Uzunov ADO teatrında ustad dərsləri keçir və bunun nəticəsində alınan performanslar, dərslərin yekunu “Arzular” tədbirində təqdim olunacaq. Tədbirin sonunda iştirakçılara sertifikatlar veriləcək. Eyni zamanda tamaşaçılarla müzakirə də baş tutacaq.

Tədbir “Landmark” otelin nəzdində yerləşən 450 nəfərlik tutuma malik olan “Rotunda” zalında baş tutacaq. Giriş sərbəstdir və hər kəs “Arzular” tədbirində iştirak edə bilər.

D.Uzunov gündə 4 saat olmaqla 5 gün ADO teatrında iştirakçılara pyeslərin hazırlanması, müasir səhnə quruluşları haqda dərslər keçir. Ustad dərslərində 15 nəfər iştirak edir. 

İştirakçılar: Jennifer Baret, Alexandr Cheremukhin, İskra Tarrant, Elsa Furtado, İlaya Faiq, Nərmin Fazilzadə, Nigar Musavi, Nəsrin Məcidova, Fərizə Babayeva, Orxan İsgəndərli, Nigar Məcidova, İsmayıl Məsimov, Elina İsmailli, Aytac Mirzəyeva, Emiliya İsmailli.

Tədbir Fransanın Azərbaycandakı Səfirliyi, Thelandmark, “Famille Mundi”, “Arte Urbana collectif”, Azərbaycan Fransız İnstitutu və ADO Theatre – Collective`in birgə təşkilatçılığı ilə baş tutur. 

Ünvan: Rotunda, Landmark III, Bakı, Nizami küç., 90A
Giriş: Sərbəst!
Tel:. 051 390 96 28 / 050 394 48 64
ADO.AZ
fb.com/adotheatre

**

Performances // Presentation of Dimitar Uzunov’s workshop results

After a 5 days workshop led by the French-Bulgarian actor and theatre director Dimitar Uzunov in «ADO Theatre-Collective» with the partnership of French Institute of Azerbaijan, ADO Theatre-Collective is happy to invite you to the public presentation of the workshop results «ARZULAR». 

The performance will take place on Monday 12th of February, 20.00, in Rotunda, Landmark. 

Address : Rotunda, Landmark III. 90A, Nizami street. 
Free Entrance. 
For more information : 051 390 96 28 / 050 394 48 64 / www.ado.az

**

Performances / Présentation des résultats du workshop de Dimitar Uzunov 

À l’issue du workshop de 5 jours animé par le comédien et metteur en scène franco-bulgare Dimitar Uzunov à l’ «ADO Theatre-Collective» en partenariat avec l’Institut Français d’Azerbaïdjan, 
l’ «ADO Theatre-Collective» est heureux de vous convier à la présentation publique des résultats du workshop «ARZULAR». 

La performance aura lieu le Lundi 12 Février à 20.00 à la Rotonde du Landmark. 

Adresse : Rotonde du Landmark, Landmark III, 90A rue Nizami. 
Entrée libre.
Pour plus d’informations : 051 390 96 28 / 050 394 48 64 / www.ado.az

Share on Facebook
Share on Twitter
Please reload