65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Avropa İttifaqı və Fransa Səfirliyi ADO üçün müraciət etdi

February 14, 2018

 

 

Teatrın rəhbəri nazirliyə və meriyaya çağırıldı; Hacıbala Abutalıbov BŞMTBİ`yə sorğu göndərdi

 

Ölkənin ilk müstəqil teatrı olan ADO küçə performansları nümayiş etdirmək və Birinci Bakı Küçə Teatr Festivalı təşkil etmək istəyir. Lakin hələ də bununla bağlı dövlət qurumları ADO`ya konkret cavab verməyib.

 

Fevralın 9-da isə Avrpa İttifaqının Azərbaycan Nümayəndəliyi və Fransanın Azərbaycandakı Səfirliyi ADO üçün Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib: “Biz ADO Theatre – Collective tərəfindən həyata keçirilən mədəni layihələri dəstəkləyir və təşfiq edirik. ADO yeni və innovativ layihələr təklif etmək, ictimaiyyətə Bakıda qısa küçə performansları təklif etmək və Birinci Bakı Küçə Teatr Festivalı yaratmaq məqsədi daşıyır. Biz bu təşəbbüsü dəstəkləyir və bu ideyanın uğuruna inanırıq”.

 

***

 

Fevralın 12-si isə ADO`nun qurucusu Elmin Bədəlov Mədəniyyət və Turizm Nazirliyinə görüşə çağırılıb. Görüşdə nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov və Teatr şöbəsinin sektor müdiri Naidə İsmayılzadə iştirak ediblər. Nazirlik əməkdaşları teatrın fəaliyyəti və məqsədləri barədə maraqlanıblar. Daha sonra bildiriblər ki, teatrın küçə performansları göstərməsi üçün rəsmi rəy verəcəklər, lakin bunun üçün ilk növbədə performanslara nazirlik tərəfindən baxış keçirilməlidir.

 

***

 

E.Bədəlov ötən gün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) də görüşə çağırılıb. Görüşdə teatr rəhbərinə bildiriblər ki, küçə performansı nümayiş etdirmək üçün nazirliyin bu barədə rəyi olmalıdır.

 

Fevralın 13-də isə BŞİH başçısı Hacıbala Abutalıbovun adından ADO`ya məktub daxil olub. Bir surəti teatra göndərilən məktubda BŞİH başçısının Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalovdan cavab tələb etdiyi məlum olur: “Azərbaycan Dağınıq Oda teatrının Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi 29 yanvar 2018-ci il tarixli məktubu baxılıb münasibət bildirilməsi üçün sizə göndərilir”.

Share on Facebook
Share on Twitter
Please reload