65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

"Hamam" & "Qadın Səsi" - 21 fevral, 15:00 (Giriş sərbəstdir!)

February 20, 2018

 

Fevralın 21-i, saat 15:00-da ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) "Hamam" və "Qadın Səsi" adlı art performanslarını nümayiş etdirəcək.

 

"Hamam" performansının müəllifi və rejissoru Elmin Bədəlovdur. Müəllif rəssam Lyubov Mircavadovun rəsmlərindən ilhamlanaraq adıçəkilən performansı yaradıb. Performans bir qadının bədəni və hissləri üzərindən həyatda baş verən proseslərə münasibətin bir formasıdır. "Hamam" Tbilisidə "NoVa" festivalında və Fransada keçirilən, dünyanın ən məşhur və birinci küçə festivalı kimi tanınan "Oriak" festivalında da nümayiş olunub.

 

"Qadın Səsi" performansının müəllif və rejissoru isə ADO`nun fransız əsilli aktrisası Elsa Furtadodur. Müəllif bu performansla qadınların dilə gətirmək istədiklərini kütlə hərəkəti içərisindən səsləndirməyə üstünlük verir. Adıçəkilən performans da "NoVa" festivalında nümayiş olunub.

 

Giriş: Sərbəst!

Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective

Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85

E-mail: adotheatre@gmail.com

Rəsmi sayt:

ado.az

Rəsmi səhifələr:

fb.com/adotheatre

instagram.com/adotheatre

Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo

Share on Facebook
Share on Twitter
Please reload