65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Nazirlik əməkdaşları ADO`nun performanslarını izləyib

February 21, 2018

 

 

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən ölkənin ilk müstəqil teatrı olan ADO`nun (Azərbaycan Dağınıq Oda teatrı) performanslarına baxış keçirilib. Nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov və Teatr şöbəsinin sektor müdiri Naidə İsmayılzadə teatrın "Hamam" və "Qadın Səsi" performanslarına baxıblar.

 

ADO küçə performansları nümayiş etdirmək və Birinci Bakı Küçə Teatr Festivalı təşkil etmək istəyir. Bakı Şəhər İcra Hakimiyyəti isə teatra küçədə yer ayrılması üçün nazirliyin rəyinin olmasını vurğulayıb. Ötən gün isə nazirlik performanslara baxış keçirəndən sonra rəy verəcəyini bildirmişdi.

 

Mədəniyyət və Turizm Nazirliyi mart ayının əvvəlində rəsmi mövqeyini açıqlayacağını bildirib.

 

ADO.AZ

Share on Facebook
Share on Twitter
Please reload