65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO İtaliyada festivalda çıxış edəcək

February 24, 2018

 

 

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) İtaliyanın Venesiya şəhərində keçirilən müasir incəsənət festivlına qatılacaq. Teatr festivalın açılışında öz performansı ilə çıxış edəcək.

 

Venesiyada keçirilən “Its Liquid International Art Show” adlı festivala Almaniya, İspaniya, Mozambik, Ukrayna, Amerika, Danimarka, Partuqaliya, Braziliya, Hollandiya və başqa ölkələrdən incəsənət nümayəndələri qatılacaq. Azərbaycandan isə ADO Theatre – Collective “Qadın Səsi” performansı ilə adıçəkilən festivalın açılışında iştirak edəcək. Festival öz saytında qeyd edir ki, Azərbaycandan festivala qatılan gənclərdən ibarət ADO teatrı öz çıxışı zamanı italiyalı aktyorlardan da istifadə edəcək: “Festival tarixində ilk dəfə Azərbaycan da iştirak edəcək. Bu azərbaycanlı və italiyalı artistlərin birgə çıxışı olacaq”.

 

Festival martın 1-dən 30-na kimi davam edəcək. ADO-nun çıxışı isə martın 1-də “Palazzo Ca’ Zanardi” zalında baş tutacaq.

 

Qeyd edək ki, ADO ölkəmizin yeganə modern teatrıdır ki, 5 ildir fəaliyyət göstərir. Teatr Bakı ilə yanaşı Azərbaycanın bir neçə regionuna qastrol səfəri edib, tamaşalar nümayiş etdirib. Eyni zamanda bir neçə beynəlaxaql səfərlərdə, art festivallarda, qastrollarda (Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna) olub.

 

***

 

ADO Theatre-Collective goes to Venice!

 

In the framework of the art event “Its Liquid International Art Show”, ADO Theatre-Collective is invited to show its short street performance “Woman’s Voice” on Thursday 1st of March at Palazzo Ca’ Zanardi in Venice, Italy. 

 

ADO Theatre-Collective will have the pleasure to take part in the event “Liquid Rooms – The Labyrinth” opening, ITS LIQUID International Art Show of photography, painting, video art, installation and performance art, that will be held in Venice, at Palazzo Ca’ Zanardi, from March 1st to March 30, 2018.

 

Coming just after the so famous Venice Carnival 2018, “LIQUID ROOMS – THE LABYRINTH” is an art event organized and curated by Arch.

 

ADO.AZ

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload