II Bakı Kitab Festivalı keçiriləcək


ADO teatrı və Aken Groupun birgə təşkilatçılığı ilə II Bakı Kitab Festivalı keçiriləcək. Festival aprelin 23-ü saat 15:00-dan başlayacaq.

Festivala hazırlıq 1 il bundan öncə başlayıb. Tədbir "Bir il sonra kitablaşaq" devizi altında keçirilir. Təşkilatçılar hər kəsi festivalda aktiv iştiraka səsləyir.

Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq. Dəvət etdiyimiz tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb kitablarını imzalayacaqlar. Bundan əlavə olaraq Azərbaycanda kitaba qarşı olan münasibəti sərgidə görmək imkanınız olacaq.

451 Movimento və AKEN Group sizə sevdiyiniz yazıçılarla yaxından tanış olmaq, Azərbaycanda kitabsevər mühit ilə ünsiyyətdə olmaq və həmin günü möhtəşəm keçirmək üçün şərait yaradır. Festival boyunca rəsm əsərləri, installyasiyaların nümayişi olacaq. Festival kiçik konsertlə başa çatacaq.

Tədbirə giriş sərbəstdir. Festival ADO teatrının məkanında baş tutacaq.

Layihənin rəhbəri Kamal Akendir. Festivalın dəstəkçiləri isə 451 Hərəkatı, AKEN Group, ADO Theatre - Collective, CNK Colleges və Elitar Academy`dir.


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva