65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Saçını satan aktrisa – Ədəbiyyat günortası

April 7, 2018

 

 

Aprelin 10-u saat 20:00`da ADO teatrında “Ədəbiyyat günortası” keçiriləcək. Bu dəfə günorta saatlarında baş tutan “ədəbi gecə”lərdə yox, axşam saatlarında baş tutacaq “ədbi günorta”da görüşmək istəyirik.

Belə ki, sizi, modern yazıçılarla ADO`nun aktyorları tanış edəcək. Fransız aktrisamız Elsa Furtado sizlər üçün Jean Luc Lagarcenin pyesini fransız dilində səsləndirəcək. Amerikalı aktrisamız İskra Tarrant isə Charles Bukowskinin poetik mətnini ingilis dilində oxuyacaq. Aktyor Elmin Bədəlov isə gənc yazıçı Tural Şahtaxtinsikinin “Nina” hekayəsinin oxunuşunu edəcək. Həmçinin gənc şair və dramaturq Orxan Bahadırsoy öz şeirlərini və məşhur “Saçını satan aktrisa” pyesini səsləndirəcək.

Bizim “Ədəbiyyat günortası”nda 2 xarici yazarla 2 yerli yazar “üz-üzə” gələcək. Maraqlı və sehirli bir axşam keçirmək, fransız-ingilis-azərbaycandillərinin qovuşduğu ahəngi duymaq istəyirsinizsə, 10 aprel saat 20:00-da bizimlə olun. Tədbirdə gənc yazıçılarımız – Orxan Bahadırsoy və Tural Şahtaxtinski sizin suallarınızı da cavablandıracaq.

Giriş: Sərbəst!
Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre
Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo

Share on Facebook
Share on Twitter
Please reload