ADO sosial mediada:

Saçını satan aktrisa – Ədəbiyyat günortası


Aprelin 10-u saat 20:00`da ADO teatrında “Ədəbiyyat günortası” keçiriləcək. Bu dəfə günorta saatlarında baş tutan “ədəbi gecə”lərdə yox, axşam saatlarında baş tutacaq “ədbi günorta”da görüşmək istəyirik. Belə ki, sizi, modern yazıçılarla ADO`nun aktyorları tanış edəcək. Fransız aktrisamız Elsa Furtado sizlər üçün Jean Luc Lagarcenin pyesini fransız dilində səsləndirəcək. Amerikalı aktrisamız İskra Tarrant isə Charles Bukowskinin poetik mətnini ingilis dilində oxuyacaq. Aktyor Elmin Bədəlov isə gənc yazıçı Tural Şahtaxtinsikinin “Nina” hekayəsinin oxunuşunu edəcək. Həmçinin gənc şair və dramaturq Orxan Bahadırsoy öz şeirlərini və məşhur “Saçını satan aktrisa” pyesini səsləndirəcək. Bizim “Ədəbiyyat günortası”nda 2 xarici yazarla 2 yerli yazar “üz-üzə” gələcək. Maraqlı və sehirli bir axşam keçirmək, fransız-ingilis-azərbaycandillərinin qovuşduğu ahəngi duymaq istəyirsinizsə, 10 aprel saat 20:00-da bizimlə olun. Tədbirdə gənc yazıçılarımız – Orxan Bahadırsoy və Tural Şahtaxtinski sizin suallarınızı da cavablandıracaq. Giriş: Sərbəst! Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ado.az Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo