65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

İMAGİNE tolerantlıq festivalı keçiriləcək

April 18, 2018

 

 

Bakıda mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edən İmagine Avro Tolerantlıq Festivalı yenidən təşkil ediləcək.

 

APA-nın xəbərinə görə, İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibəti ilə, Bakıda 10 illiyini qeyd edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ üzv dövlətlərinin səfirlikləri, İsveçrə, Norveç, Braziliya, Kosta Rika, İsrail, Peru, Moldova, Meksika, Birləşmiş Ştatlar, Argentinanın Bakıdakı səfirlikləri və United Cultures ilə birgə əməkdaşlıq çərçivəsində bu festivalı təşkil edir. Festival 2-17 may tarixlərində baş tutacaq.

 

Qeyd edək ki, festival çərçivəsində musiqi tamaşaları, master klaslar, teatr sərgiləri, film nümayişləri, debatlar olacaq. Tolerantlıq və müxtəliflik mövzusunda 40-dan çox sənədli film festivalda təqdim olunacaq.

 

Film nümayişləri yerli və beynəlxalq film sənətkarlarının iştirakı ilə müxtəlif sosial məsələlər üzrə müzakirələrlə tamamlanacaq. Təşəbbüs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Cinex Production, ADA Universiteti, Baku Musiqi Akademiyası, Venesiyanın Ca’ Foscari Universiteti, ADO Teatr- Kollektivi , Azərbaycan Dillər Universitetinin əməkdaşlığı ilə The Landmark, Park Cinema, “Yarat” Müasir İncəsənət Mərkəzi tərəfindən dəstəklənir.

Share on Facebook
Share on Twitter
Please reload