İMAGİNE tolerantlıq festivalı keçiriləcək


Bakıda mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edən İmagine Avro Tolerantlıq Festivalı yenidən təşkil ediləcək.

APA-nın xəbərinə görə, İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibəti ilə, Bakıda 10 illiyini qeyd edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ üzv dövlətlərinin səfirlikləri, İsveçrə, Norveç, Braziliya, Kosta Rika, İsrail, Peru, Moldova, Meksika, Birləşmiş Ştatlar, Argentinanın Bakıdakı səfirlikləri və United Cultures ilə birgə əməkdaşlıq çərçivəsində bu festivalı təşkil edir. Festival 2-17 may tarixlərində baş tutacaq.

Qeyd edək ki, festival çərçivəsində musiqi tamaşaları, master klaslar, teatr sərgiləri, film nümayişləri, debatlar olacaq. Tolerantlıq və müxtəliflik mövzusunda 40-dan çox sənədli film festivalda təqdim olunacaq.

Film nümayişləri yerli və beynəlxalq film sənətkarlarının iştirakı ilə müxtəlif sosial məsələlər üzrə müzakirələrlə tamamlanacaq. Təşəbbüs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Cinex Production, ADA Universiteti, Baku Musiqi Akademiyası, Venesiyanın Ca’ Foscari Universiteti, ADO Teatr- Kollektivi , Azərbaycan Dillər Universitetinin əməkdaşlığı ilə The Landmark, Park Cinema, “Yarat” Müasir İncəsənət Mərkəzi tərəfindən dəstəklənir.


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva