65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO`da "MimOda 18+" tamaşası göstərilib - FOTOLAR

May 16, 2018

 

Mayın 15-də ilk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı uzun zamandan sonra təkrar nümayiş etdirib. Yenidən tamaşaçı axını ilə üzləşən "MimOda" bu dəfə də maraqla qarşılanıb. Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur. Tamaşadan fotoları isə fotoqraf Babek Hasanov çəkib.

 

İdeyası ADO`ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayandırılmışdı. Tamaşa iki evsiz insanın sevgisindən bəhs edir. Onlar düşünürlər ki, sevginin dili yoxdur. Ancaq dil işə düşəndə hadisələr dəyişir... Təkrar nümayişlərimiz isə davam edəcək.

 

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.

 

Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre
Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload