ADO sosial mediada:

Göydən 3 banan düşdü - 18 may, 20:00


18 may, saat 20:00-da ADO Theatre - Collective "Göydən 3 banan düşdü" adlı tamaşasını göstərəcək. Tamaşanın quruluşçu rejissoru və müəllifi ADO`nun qurucusu Elmin Bədəlovdur. Rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, İskra Tarrant, Sabir Məmmədov və Kamran Muradlı canlandıracaq. Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub. Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır. Bilet: 5 AZN Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ado.az Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo