ADO sosial mediada:

ADO teatrı loqosunu yeniləyib


Ölkəmizin ilk müstəqil teatrı olan Azərbaycan Dağınıq Oda teatrı (ADO) yeni mövsümə keçidlə əlaqədar loqosunu daha da təkminləşdirib.

ADO Theatre – Collective altıncı mövsümün açılışına hazırlaşır. İyulun 15-i teatr geniş proqramla yeni mövsümünü açıq elan edəcək.

Qeyd edək ki, ADO rəsmi olaraq 2013-cü il iyulun 15-də rejissor və aktyor Elmin Bədəlov tərəfindən təsis edilib. Lakin teatrın qurulması və hazırlıq işləri 2012-ci ildən başlayıb. ADO artıq 5 ildir ki, mütəmadi olaraq tamaşaçıların qarşısına çıxır. Teatrın indiyədək 20-dən çox tamaşa və performansları olub. Teatr hər həftə Mirzəağa Əliyev 245 ünvanındakı məkanında tamaşaçıların qarşısına çıxır.

İlk müstəqil teatr olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.


İstəyirsən bütün məlumatlar özü sənə gəlsin?