65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO Koletsin kitabını çap edir

June 1, 2018

 

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) məşhur fransız dramaturq Bernar Mari Koltesin “Meşələrin astanasındakı gecə” (və ya Meşələrdən əvvəl gələn gecə) kitabını çapa hazırlayır.

 

Teatrın yaydığı məlumata görə, artıq kitabın redaktə, dizayn, yığılma işləri də başa çatıb. Kitab yaxın günlərdə çapdan çıxacaq və ADO teatrında kitabın təqdimatı keçiriləcək. Eyni zamanda təqdimat günü teatrın “yağış, yağış, yağış” adlı tamaşası da nümayiş olunacaq.

 

Fransanın Azərbaycandakı Səfirliyi və Fransa İnstitutunun dəstəyi ilə Bernar Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsəri ilk dəfə originaldan azərbaycan dilinə tərcümə olundu. ADO`nun fransız əsilli aktrisası Elsa Furtado bu əsərdən “yağış, yağış, yağış” adlı tamaşanı hazırladı. Monotamaşadakı obrazı teatrın qurucusu Elmin Bədəlov canlandırır. Əsər ixtisarla səhnələşdirilib. Teatr qərara alıb ki, kitab formasında, insanları tam mətnlə tanış etsin.

 

Kitabın tərcüməçisi Gülnarə Sadıxovadır. Redaktorları isə Anar Gəraylı və Minaxanım Əsədovadır.

 

Bernar Mari Koltes (Bernard-Marie Koltès) (9 aprel, 1948 - 15 aprel, 1989) fransız dramaturqu və teatr rejissoru olmuşdur. Onun ən məşhur pyesləri “La Nuit juste avant les Forêts” (Meşələrin astanasındakı gecə, 1976), “Sallinger” (1977) və “Dans la Solitude des Champs de Coton” (Pambıq tarlalarının tənhalığında, 1986) adlı əsərləridir. O, sanki Samuel Beket, Can Kokteau və Can Cenet kimi əfsanəvi müəlliflərin ən önəmli və ən dürüst davamçısı idi. Onun əsərləri hazırda 36 dilə tərcümə olunub, müasir teatr sənətinin incilərindən sayılır. Koltesin işi xüsusilə marjinal fərdlər və qruplar - immiqrantlar, yoxsullar, cinayətkarlar və ya, sadəcə, postkoloniyalı keçmişin ağırlığını daşıyanlar haqqındadır. Koltes cavan yaşlarında QİÇS xəstəliyindən dünyasını dəyişib.

Share on Facebook
Share on Twitter
Please reload