Araqarışdıran; 10sm; Külafirəngi


YARAT Teatr Klubu növbəti performanslarını təqdim edəcək. Bir ay ərzində YARAT Teatr Klubunun peşəkar və həvəskar aktyorları, istedadlı rejissor və ADO teatrının təsisçisi Elmin Bədəlovla tamaşa hazırladılar. Tamaşa, YARAT Mərkəzində sərgilənən Aida Mahmudova və Mikelancelo Pistolettonun əsərlərindən ilhamlanaraq ərsəyə gəlib.

Nəhayət, iyunun 22-i biz yaradıcılığımızın nəticələrini Sizlərlə bölüşməyə hazırıq!

Proqram: "Araqarışdıran", "10 sm" və "Küləfirəngi" tamaşaları

Giriş: Sərbəst!

Tarix: İyunun 22-si, saat 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva