65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO teatrının Biləsuvar səfəri yekunlaşıb

June 13, 2018

 

 

ADO teatrı iyunun 10-da Biləsuvar rayonuna qastrol səfəri edib. Kollektiv region sakinlərinə “TOY” adlı tamaşasını göstərib.

 

Tamaşa məşhur Alman dramaturqu Bertolt Brextin “Meşşan toyu” pyesi əsasında hazırlanıb. “TOY” tamaşasının rejissoru isə ADO`nun fransız əsilli aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F.Əliyeva tərcümə edib. Rolları isə İskra Tarrant, Elgün Həmidov, Elmin Bədəlov, Günel İmanova, Zərif Bəkirova, Kamal Aken, Orxan İskəndərli canladıracaq. Tamaşa “Goethe Zentrum – Baku” (Goethe İnstitut) dəstəyi ilə hazırlanıb.

 

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır. Teatr bundan öncə ölkə xarici ilə yanaşı regionalara da səfər edib. ADO bu illər ərzində Şəki, Biləsuvar, Lənkəran, Lerik və başqa rayonlarda tamaşalar nümayiş etdirib.

 

Narimankənd insanları tamaşanı xoş qarşılayıb və 100-ə yaxın izləyici teatrın yenidən Biləsuvara qastrol etməsini isdəyib. Tamaşadan fotoları isə fotoqraf İlkin Səlifov çəkib. Səfərdən daha çox fotolar və qısa videolar teatrın rəsmi səhifəsində (fb.com/adotheatre) və saytında (ado.az) yayımlanacaq.

 

Qeyd edək ki, yenicə regiondan qayıdan teatr həmin TOY adlı tamaşasını 14 iyun saat 20:00-da teatrın öz məkanında (Mirzəağa Əliyev 245) nümayiş etdirəcək.

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload