ADO sosial mediada:

Bu gün "MimOda 18+" var - YENİ FOTOLAR


Ötən gün Yarat Müasir İncəsənət Mərkəzində ADO teatrının "MimOda 18+" tamaşası nümayiş olunub. Tamaşadan fotoları isə fotoqraf İlkin Səlifov çəkib.

Çoxsaylı tamaşaçı diqqətini nəzərə alaraq adıçəkilən tamaşa bugün (10 iyul saat 20:00) ADO`nun məkanında təkrar nümayiş olunacaq.

Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırır. Tamaşanın rejissoru isə İmam Həsənovdur.

İdeyası ADO`ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır.

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.

Bilet: 5 AZN

Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ado.az Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo