65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Fransız dramaturqun kitabı ADO`nun yubileyində təqdim olunacaq

July 14, 2018

 

İlk müstəqil teatr olan ADO məşhur fransız dramaturq Bernar Mari Koltesin “Meşələrin astanasındakı gecə” (və ya Meşələrdən əvvəl gələn gecə) kitabını çap edib. Teatr yubiley tədbirində adıçəkilən kitabın təqdimatını da keçirəcək.

 

Fransanın Azərbaycandakı Səfirliyi və Fransa İnstitutunun dəstəyi ilə Bernar Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsəri ilk dəfə originaldan azərbaycan dilinə tərcümə olundu. ADO`nun fransız əsilli aktrisası Elsa Furtado bu əsərdən “yağış, yağış, yağış” adlı tamaşanı hazırladı. Monotamaşadakı obrazı teatrın qurucusu Elmin Bədəlov canlandırır. Əsər ixtisarla səhnələşdirilib. Teatr qərara alıb ki, kitab formasında, insanları tam mətnlə tanış etsin.

 

Kitabın tərcüməçisi Gülnarə Sadıxovadır. Redaktorları isə Anar Gəraylı və Minaxanım Əsədovadır.

 

Bernar Mari Koltes (Bernard-Marie Koltès) (9 aprel, 1948 - 15 aprel, 1989) fransız dramaturqu və teatr rejissoru olmuşdur. Onun ən məşhur pyesləri “La Nuit juste avant les Forêts” (Meşələrin astanasındakı gecə, 1976), “Sallinger” (1977) və “Dans la Solitude des Champs de Coton” (Pambıq tarlalarının tənhalığında, 1986) adlı əsərləridir. O, sanki Samuel Beket, Can Kokteau və Can Cenet kimi əfsanəvi müəlliflərin ən önəmli və ən dürüst davamçısı idi. Onun əsərləri hazırda 36 dilə tərcümə olunub, müasir teatr sənətinin incilərindən sayılır. Koltesin işi xüsusilə marjinal fərdlər və qruplar - immiqrantlar, yoxsullar, cinayətkarlar və ya, sadəcə, postkoloniyalı keçmişin ağırlığını daşıyanlar haqqındadır. Koltes cavan yaşlarında QİÇS xəstəliyindən dünyasını dəyişib.

 

***

 

Belə ki, Azərbaycanın ilk müstəqil teatrı olan ADO`nun (Azərbaycan Dağınıq Oda teatrı) təntənəli yubiley tədbiri olacaq. Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO iyulun 15-də 5 yaşın tamamı, 6-cı mövsümün açılışını edəcək.

 

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO Theatre – Collective bu il 6-cı sezonunun açılışını açıq havada – “Luna Project”də edəcək. #ADOsezon6 adlı genişmiqyaslı tədbir saat 20:00-dan başlayacaq.

 

Tədbirin əsas proqramı:

ADO`nun performansları ~ “Dağınıq bir Oda 2”, “Əşyalar”, “Araqarışdıran”, “10 sm”, “Hamam” və başqaları.

Teatrın qurucusu Elmin Bədəlovun “ADO yolu” çıxışı.

Rəssam Leyla Quliyevanın sərgisi.

Breyk-dans şou: Jam SS

DJ: Toğrul

Əməkdar artist Elza Seyidcahanın çıxışı və musiqili performans.

Kitab təqdimatı və digər sürprizlər.

 

***

 

Bütün bunlar və proqrama əlavə olunacaq yeniliklər haqda ətraflı olaraq “ADO.AZ” saytında və “fb.com/adotheatre” Facebook səhifəsində məlumatlar izləyə biləcəksiniz.

 

Qeyd edək ki, ADO Theatre – Collective 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub. ADO kollektivi hər kəsi öz yubiley tədbirinə dəvət edir.

 

Giriş sərbəstdir. Yubiley günü hər kəs tədbir keçirilən məkana gələrkən “189 taksi” xidmətindən 30 faiz endirimlə istifadə edə bilər. Bunun üçün 189 nömrəsinə zəng vuraraq tədbirin keçirələcəyi məkanın adını söyləmək kifayətdir. Eyni zamanda 19:30-dan 20:00-a kimi ADO`nun yerləşdiyi məkanın qarşısından (Mirzəağa Əliyev 245) yubileyin keçiriləcəyi məkana xüsusi olaraq yubiley üçün ödənişsiz işləyəcək avtobuslardan istifadə edə bilərsiniz.

 

Ünvan: Luna Project (Nobel pr. 57)

Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85

E-mail: adotheatre@gmail.com

Rəsmi sayt:

ado.az

Rəsmi səhifələr:

fb.com/adotheatre

instagram.com/adotheatre

Share on Facebook
Share on Twitter
Please reload