65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Kitab təqdimatı və tamaşa (27 iyul, 20:00)

July 25, 2018

 

 

27 iyul, saat 20:00-da ADO Theatre - Collective "yağış, yağış, yağış" adlı tamaşasını göstərəcək. Eyni zamanda ADO`nun nəşr etdiyi "Meşələrin astanasındakı gecə" kitabının təqdimatı da olacaq.

Tamaşanın rejissoru Elza Furtado, aktyoru Elmin Bədəlovdur.

Nümayiş Fransanın məşhur, modern dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsəri əsasında hazırlanıb.

Belə ki, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və maliyyə dəstəyi ilə “Meşələrin astanasındakı gecə” əsəri Azərbaycan dilinə ilk dəfə tərcümə olunub. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əsədovadır. Kitabın redaktoru isə Anar Gəraylıdır.

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.

Bilet: 5 AZN
Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre
Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo

Share on Facebook
Share on Twitter
Please reload