ADO sosial mediada:

Kitab təqdimatı və tamaşa (27 iyul, 20:00)


27 iyul, saat 20:00-da ADO Theatre - Collective "yağış, yağış, yağış" adlı tamaşasını göstərəcək. Eyni zamanda ADO`nun nəşr etdiyi "Meşələrin astanasındakı gecə" kitabının təqdimatı da olacaq. Tamaşanın rejissoru Elza Furtado, aktyoru Elmin Bədəlovdur. Nümayiş Fransanın məşhur, modern dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsəri əsasında hazırlanıb. Belə ki, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və maliyyə dəstəyi ilə “Meşələrin astanasındakı gecə” əsəri Azərbaycan dilinə ilk dəfə tərcümə olunub. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əsədovadır. Kitabın redaktoru isə Anar Gəraylıdır. Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır. Bilet: 5 AZN Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ado.az Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo