65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO “One Caucasus” beynəlxalq festivalında

August 21, 2018

 

 

Ölkəmizin ilk müstəqil teatrı olan ADO Gürcüstanda keçirilən beynəlxalq müasir incəsənət festivalına qatılır. Kollektiv “One Caucasus” festivalında öz performansları ilə çıxış edəcək.

 

Adıçəkilən festivalda dünyanın müxtəlif ölkələrindən gəlmiş artistlər – musiqiçilər, kinorejissorlar, pedoqoqlar, arxitektorlar da iştirak edir. Festival “rezidensiya” xarakterlidir, incəsənət nümayəndələri Gürcüstanın Bolinisi rayonunda artıq öz əsərlərini yaratmağa başlayıblar. Onlar sentyabr ayına kimi öz performanslarını hazırlayacaq və 1-2 sentyabr festivalın böyük nümayişi keçiriləcək.

 

Teatrın verdiyi məlumata görə, festivalda gürcü, azərbaycanlı və erməni incəsənət nümayəndələri də iştirak edir. ADO festivalda yeni performanslar yaradacaq.

 

Qeyd edək ki, ADO ölkəmizin yeganə modern teatrıdır. Teatr Bakı ilə yanaşı Azərbaycanın bir neçə regionuna qastrol səfəri edib, tamaşalar nümayiş etdirib. Eyni zamanda bir neçə beynəlaxaql səfərlərdə, art festivallarda, qastrollarda (Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna) olub.

Share on Facebook
Share on Twitter
Please reload