Qırmızı Bazar – “Xidmətçilər”in təqdimatında


ADO teatrında gənc rəssamların işlərindən ibarət qrup sərgisi keçiriləcək. “Qırmızı Bazar” adlı sərgi sentyabrın 11-i saat 20:00`da baş tutacaq. Həmçinin sərgidə işlərin satışı da təmin olunacaq və siz istədiyiniz işi ala biləcəksiniz.

Sərgidə rəssamlar Leyla Quliyeva, Nəzrin Xələfova, Şahin Quliyev, Nəzrin Məmmədova, Rza Rzazadə və Cavid Vəlizadənin işləri nümayiş olunacaq.

Həmçinin sərgi zamanı ADO`nun “Xidmətçiləri” sizi müşayiət edəcək. Cleaner`lar adlanan yeni proyekt Tbilisidən sonra Bakıda – “Qırmızı Bazar” sərgisində təqdim olunacaq. Tarı ilə Magi sizləri şəraba qonaq edərək rəssamların işləri ilə tanış edəcəklər.

Ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır. ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2013-cü ildə yaranıb və yarandığı gündən tamaşalarla yanaşı incəsənətin müxtəlif sahələri ilə məşqul olur.

Giriş: Sərbəst!

Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective

Tel: 050 394 48 64 & 012 594 83 85

E-mail: adotheatre@gmail.com

Rəsmi sayt:

ado.az

Rəsmi səhifələr:

fb.com/adotheatre

instagram.com/adotheatre

Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva