Nazirlə ADO rəhbərinin görüşü olub


Mədəniyyət naziri Əbülfəs Qarayevlə ADO teatrının rəhbəri Elmin Bədəlovun görüşü olub. Teatrın yaydığı məlumata görə, görüş uzun zaman öncə nazirə edilmiş müraciətdən dolayı baş tutub.

Görüş zamanı ADO teatrının üzləşdiyi problemlər müzakirə olunub. Eyni zamanda teatrın küçə nümayişlərinin keçirə bilməməsi, bunun üçün nazirliyin rəsmi rəyinin verilməməsi nazirin diqqətinə çatdırılıb. Həmçinin nazirliklə kommunikasiya probleminin olması, teatr problemləri, küçə teatr festivalının təşkili və.s məsələlər müzakirə olunub. Nazir isə ADO teatrının əleyhinə olmadığını bildirib, bütün problemlərin araşdırılacağı və bunlarla bağlı göstərişlər veriləcəyini vurğulayıb. Əbülfəs Qarayev nazirliklə ADO teatrı arasında kommunikasiya zamanı hər hansı problemin yaranmayacağını da bildirib.

Qeyd edək ki, ölkəmizin ilk müstqil teatrı olan ADO bir müddət bundan öncə nazir Əbülfəs Qarayevə görüş üçün müraciət etmişdi.


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva